Teleqram kanallarının məlumatına görə, Zaporojye vilayətinin rəsmisi Vladimir Roqov bildirib ki, o, “Vaqner” PMC-nin nümayəndələri ilə danışıb.
Onun sözlərinə görə, ona Priqojinin və "Vaqner" PMC-nin komandiri Dmitri Utkinin ölümünü təsdiqləyiblər.
***22:05
Təyyarənin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə RİA Novosti fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
***21:17
Tver vilayətində sərnişinlər arasında Yevgeni Priqojin də olan “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat başlayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatında bildirilib.
"Bu gecə Tver vilayətində baş verən "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var", - idarədən qeyd ediblər.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində üç ekipaj üzvü olmaqla 10 nəfər olub. Bildirilib ki, ilkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub.
Rusiyanın Tver vilayətində Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, qəza zamanı təyyarədə olan yeddi nəfərin hamısı ölüb.