Avqustun 22-də növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb.
Yeniavaz.com xəbər verir ki, köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 23 ailə - 89 nəfər köçürülüb.
Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 70 ailə, yəni, 247 nəfərin daimi məskunlaşması təmin edilib.