![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/1/5/1/2ebbaa65-788c-4195-953e-4b37ad94cc2a/turkiye-xinjpg.jpg)
Müsəlmanlarln müqəddəs kitabı Quranın yandırılması ilə bağlı Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın Ankarada səfirinin müşaviri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TRT diplomatik mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunur ki, diplomatlara bu əməllərə görə yaranan narazılıq çatdırılıb, Türkiyənin bu hərəkətləri qətiyyətlə pislədiyi və etiraz etdiyi bir daha vurğulanıb.
Xatırladaq ki, Danimarkanın müvəqqəti işlər vəkili avqustun 18-də də eyni məsələ ilə bağlı Nazirliyə çağırılmışdı.