Niderlandın Ukraynaya verəcəyi F-16 təyyarələrinin sayı bəlli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, Niderlandın baş naziri Mark Rutte ilə danışıqların yekununda Ukrayna 42 ədəd F-16 qırıcı təyyarəsinin verilməsi razılaşdırılıb.
“Mark Rutte ilə pilotlarımızın və mühəndislərimizin təlimindən sonra Ukraynaya veriləcək F-16-ların sayı ilə bağlı razılığa gəldik. 42 təyyarə. Bu, hələ başlanğıcdır. Təşəkkür edirəm, Niderland!" – o, “Telegram”da yazıb .
Qeyd edək ki, V. Zelenski bu gün Niderlanda səfər edib.