![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/10/23/1/bfb99a86-4a52-4ba5-a595-4c18c6e723d3/pakistan-teror.jpg)
Pakistanın şimal-qərbində partlayış törədilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti polisə istinadən məlumat yayıb.
Bildirilir ki, partlayış nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər yaralanıb:
“İnsident Hayber-Paxtunxva əyalətində baş verib. Partlayış işçilərin getdiyi mikroavtobusu tamamilə sıradan çıxarıb”.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaraqlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək məqsədilə bombanı yolun kənarına yerləşdiriblər. Mikroavtobus yaxınlaşanda partlayıcı işə düşüb.