Xəzər sahili tullantılardan təmizləndi – Fotolar


“Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində Xəzərin Hövsan sahili tullantılardan təmizlənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi  bələdiyyəsinin, “Qırmızı Ürəklər” fondunun, "Saipem", “Bahar Energy” şirkətlərinin əməkdaşlarının, Aqrar İnkişaf könüllülərinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində iməcilik keçirilib.
Aksiya çərçivəsində ümumilikdə 4 ha sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşınıb.
Qeyd edək ki, sahil zonasında istirahət edən sakinlər də aksiyaya qoşulublar.


DİGƏR XƏBƏRLƏR

Top