Futzal üzrə millimizin DÇ-2024-ün elit-raundunda Rumıniya ilə səfər oyununa təyinatlar açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat verib. Məlumata görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına həvalə olunub. Əsas hakimlər rolunda Admir Zahoviç, Aleş Mocnik Peric və Dejan Veselic çıxış edəcək. İtaliyalı Angelo Galante hakim-inspektor, serbiyalı Zoran Dimic isə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oyun sentyabrın 15-də Romeo Lamandi Arenasnda, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.