Nazirlik bir kitabı 70 manata çap etdirir – Tender


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi fiziki şəxs Babayev Dövlət Eynulla oğlu olub.
Yeniavaz.com
xəbər verir ki, Xidmət “Azərbaycan təbiəti” kitabının nəşri ilə əlaqədar çap işlərinə görə Dövlət Babayevə 70 min 450 manat ödəyəcək.
Kitab 1000 tiraj çap ediləcək. Rəqəmlərdən də göründüyü kimi “Azərbaycan təbiəti” kitabının 1 ədədi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə 70 manat 45 qəpiyə başa gələcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top