“ABŞ Qubad İbadoğlunun sağlamlıq vəziyyətindən dərin narahatdır”


Birləşmiş Ştatlar cümə günü Qubad İbadoğlunun sağlamlıq vəziyyətindən “dərin narahat olduğunu” bildirib və bir daha rəsmi Baknı onun hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü “Turan”a danışıb.
O bildirib ki, ABŞ Qubad İbadoğlunun həbsini və saxlanmasını diqqətlə izləyir, həmçinin onun vəziyyətindən çox narahatdır.
“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara qətiyyətlə sadiq qalır. Biz Bakını öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını və əsas azadlıqlarını Azərbaycanın öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun qorumağa çağırırıq”, - Dövlət Departamentin sözçüsü əlavə edib.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top