ABŞ F-16-ların Ukraynaya çatdırılmasına razılıq verdi


Hollandiya Müdafiə Nazirliyi, ABŞ-ın Hollandiyaya F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına icazə verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hollandiyanın müdafiə naziri Kajsa Ollongren Tvitter vasitəsilə məlumat yayıb.
“Biz ABŞ-ın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini tamamlamağa imkan verir”, - deyən Ollonqren növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını bildirib.
Hollandiyanın xarici işlər naziri Uopke Hoekstra amerikalı həmkarı Antoni Blinkenə əməkdaşlığa görə təşəkkür edib:
“Bu addım Ukraynanın öz xalqını və ölkəsini müdafiə etməsi üçün mühüm mərhələdir”.
Ukraynaya F-16-ların tədarükü üçün Hollandiya və Danimarkanın liderliyində bir qrup ölkə may ayında belə təyyarələri idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəlmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top