“Qarabağ” tarixində ardıcıl olmaqla 10-cu dəfə avrokubokların qrupunda oynamaq hüququ qazanıb.
Yeniavaz.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-ə qalib gələrək (2:1, 2:1) buna nail olub.
Beləliklə, Avropa Liqasında pley-offa yüksələn Ağdam təmsilçisi ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.
Bununla da, "Qarabağ" avrokubokların qrupunda ən çox oynayan Azərbaycan klubu kimi özünəməxsus rekordu yeniləyib.
Qeyd edək ki, “Qarabağ” 1 dəfə (2017/18) Çempionlar Liqasının, 7 dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21, 2022/23) Avropa Liqasının, 1 dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb.