İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib ki, Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin öldürülməsinə göz yummaq çox ciddi səhv idi.
Yeniavaz.com İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, Tajani Qəddafinin qətli ilə bağlı açıqlamalar verib.
O bildirib ki, Qərbin Qəddafinin qətlini izləməsi çox ciddi səhv idi:
"Qəddafi demokratiyanın ən yaxşı nümunələrindən biri deyildi, lakin onun öldürülməsindən sonra Liviya və Afrikada qeyri-sabitlik başladı".
Qeyd edək ki, Qəddafi 2011-ci il oktyabrın 20-də doğulduğu Sirt şəhərində müxalif silahlı qruplar tərəfindən öldürülüb.