Bu ölkədə elektrik enerjisinin verilməsi tamamilə dayandırıldı


Livanda büdcə problemləri ilə bağlı Deyr Ammar və Əz-Zəhranidəki elektrik stansiyalarında iş prosesi dayandırılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bununla da ölkədə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb.
Qeyd olunur ki, bu hal bir çox dövlət sektorunun fəaliyyətini təhlükə altına salıb.
Nəqliyyat naziri Əli Hamiyyə şərait nə olursa olsun, ölkə üçün əhəmiyyətli olan Beyrut Beynəlxalq Hava Limanına və Beyrut Dəniz Limanına elektrik enerjisinin fasiləsiz verilməsini istəyib.
Nazir qeyd edib ki, hər iki qurum generatorlar vasitəsilə elektrik enerjisi ilə təmin olunur, lakin bu, daimi həll yolu deyil.
Qeyd edək ki, Livan Mərkəzi Bankı 2019-cu ildə baş verən iqtisadi böhran və valyuta ehtiyatlarının əriməsi səbəbindən yanacağa hökumət dəstəyini geri götürdükdən sonra elektrik stansiyalarında istehsal dayandırılıb.
Ölkənin gündəlik elektrik ehtiyacı normal şəraitdə 3200 meqavat civarında olduğu halda, yuxarıda qeyd olunan böhranlar səbəbindən bu istehsal 500 meqavata qədər azaldılıb.
Son vaxtlar Deyr Ammar və Əz-Zəhranidəki elektrik stansiyalarında gündə orta hesabla cəmi 4 saat elektrik enerjisi istehsal olunur, vətəndaşlar isə qalan 20 saat elektrik enerjisini şəxsi generatorlardan çox baha qiymətə əldə edirdilər.

DİGƏR XƏBƏRLƏR

Top