Frankfurtda hava limanını su basdı – Video


Frankfurtda baş verən daşqınlarda bir çox evin zirzəmiləri ilə yanaşı, hava limanını da su basıb. Nəticədə, bir çox uçuşlar təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat verib.
Məlumata görə, bir çox reyslərin ləğv edildiyi, bəzi uçuşların gecikdiyi və bəzi təyyarələrin başqa hava limanlarına istiqamətləndirildiyi açıqlanıb. Həmçinin ötən gecə baş tutması gözlənilən 70-ə yaxın reys təxirə salınıb.
Ölkənin Baden-Vürtemberq, Reynland-Pfalts və Turingiya əyalətlərində də güclü yağış və tufan qeydə alınıb. Polis yollardakı bir çox kanalizasiya qapaqlarının açıldığını, bir çox evin zirzəmisini su basdığını bildirib.Çox sayda yanğınsöndürən səhərə qədər evlərdən, küçələrdən və yeraltı keçidlərdən suların çıxarılmasına çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top