Bakıda evdən külli miqdarda dollar, manat, qızıl oğurlandı


Bakıda evdən 6500 manat, 15000 dollar və 3700 manatlıq qızıl oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, oğurluq hadisəsi Bakının Nərimanov rayonu ərazisində baş verib. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidəki evlərin birindən 6500 manat, 15000 ABŞ dolları pul və 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəridə Miriyeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top