![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/7/26/1/7d755dd8-f068-4d4f-ac8c-2d8a4a47c11c/iran-pua.jpg)
Vaşinqton administrasiyası İrandan Rusiyaya ehtiyat hissələrinin, eləcə də Moskvanın Ukrayna müharibəsində istifadə etdiyi deyilən kamikadze dronların (PUA) satışına son qoymasını istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ administrasiyası bu il Qətər və Omanda İranla aparılan danışıqlarda məsələni gündəmə gətirib və tərəflər arasında gərginliyinin azaldılması və İranın nüvə proqramının nəzarət altına alınması üçün aparılan danışıqlarda bu barədə xəbərdarlıq edib.
Tehran rəhbərliyi Rusiyadan Ukrayna müharibəsində kamikadze PUA-larının istifadəsinə son qoyulmasını dəfələrlə tələb etdiyini bəyan edib. Bununla belə, ABŞ rəhbərliyi İrandan bununla bağlı daha konkret addımlar atmasını istəyib.
Qeyd edək ki, Ukrayna rəhbərliyi Rusiyanın İrandan aldığı kamikadze PUA-ları müharibədə istifadə etdiyinə dair açıqlamalar verir. İran administrasiyası isə Ukraynadakı müharibədə Rusiyanın kamikadze pilotsuz uçan aparatlardan istifadə etdiyinə dair xəbərləri təkzib edir.