Bakıda təşkil olunan Dünya Kubokunun 1/4 final mərhələsində 28 yaşlı şahmatçımız Nicat Abasov ikinci oyununu keçirib.
Yeniavaz.com xəbər verir ki, qrosmeyster bu dəfə Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib və yarımfinala yüksəlib.
Tərəflər arasında ilk qarşılaşma heç-heçə ilə nəticələnmişdi.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.