Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şeylanlı kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Məlumata görə, yabanı halda bitən, ümumilikdə, çəkisi 2 ton 620 kiloqram olan 8400 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.