“Avropa İttifaqının Ermənistandakı missiyasının (European Union Mission in Armenia - EUMA) heç bir patrulu atışma hədəfi olmayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə EUMA-nın Tvitter hesabında bildirilib.
“Biz Ermənistan- Azərbaycan şərti sərhədində patrul xidməti həyata keçirir və Brüsseli hərbi inkişaflar, o cümlədən məsuliyyət zonamızda baş verən hadisələr barədə məlumatlandırırıq”, - qurumun yaydığı məlumatda deyilir.
Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Aİ missiyasının patrulunu atəşə tutduğunu iddia edib. Azərbaycan Müdafiə Nazirliyi isə iddianı təkzib edib.