Temperatur aşağı düşəcək, nisbi rütubət davam edəcək – Faktiki hava


Avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam edib, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verilib. 
Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4.0 dərəcə yüksək olub.
Sinoptik şəraitlə əlaqədar olaraq ərazimizdə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top