Bu il hər 100 min nəfərə 193 cinayət hadisəsi düşüb


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 19533 cinayət faktı qeydə alınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz çox olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınan cinayət hadisələrinin sayı 193 olub. Onların 59,1 faizi az ağır, 23,6 faizi böyük ictimai təhlükə törətməyən, 17,3 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
Cinayətlərin strukturunda 8120 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 7982 hadisə iqtisadi sahədə, 2692 hadisə şəxsiyyət əleyhinə, 730 hadisə dövlət hakimiyyəti əleyhinə olan, 9-u isə digər cinayətlərdir.

DİGƏR XƏBƏRLƏR

Top