Qəbələ rayonunun Solquca kəndində bağ ərazisində kol-kos və quru ot 500 m² sahədə və kol-kosdan ibarət çəpər 30 p.m yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bağ sahəsindəki meyvə ağacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***18:16
Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğın davam edir.