Roberto Mançini İtaliya yığmasının baş məşqçisi vəzifəsindən istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky sport” məlumat yayıb.
Bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Qeyd edək ki, Mançini 2018-ci ildə İtaliya komandasına rəhbərlik edib. 2021-ci ildə keçirilən Avropa çempionatının finalında italyanlar İngiltərə yığmasını penalti zərbələri ilə məğlub edərək çempion olublar. 2022-ci ilin dekabrında keçirilən Dünya çempionatından əvvəl isə İtaliya yığması pley-offda Şimali Makedoniyaya uduzub (0:1) və mundialdan kənarda qalıb.
Avro-2024-ün seçmə turnirinin C qrupunda İtaliya yığmasının aktivində iki oyundan sonra 3 xalı var.