Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda ard-arda 4,8, 4,5 ve 4,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 16:36-də 4,8 bal gücündə 6,35 km dərinlikdə qeydə alınıb. Bir dəqiqə sonra isə 4,5 bal gücündə 7 km dərinlikdə zəlzələ baş verib. Yerli vaxtla 18:18-də isə 4,2 bal gücündə 9,13 km dərinlikdə zəlzələ olub.
Qeyd edək ki, 9 və 10 avqust tarixlərində də Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda zəlzələ olmuşdu.