Bakıda temperatur yenə iqlim normasından yuxarı olub – Faktiki hava


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda ölkə ərazisində isti və bürkülü hava şəraitinin davam etdiyi bildirilib.
Havanın maksimal temperature avqustun 11-də Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.
İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top