Abşeron Mərkəzi Xəstəxanasının 2,4 milyonluq tenderini bu şirkət uddu


Abşeron Rayon Mərkəzi Xəstəxanasının keçirdiyi tender müsabiqəsinin qalibi “Sağlam Həyat C.A” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, Xəstəxana laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınmasına görə MMC-yə 2 milyon 400 min manat ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Sağlam Həyat C.A” MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 14, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kəsəmənli Ceyhun Aslan oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top