Rusiya sülhməramlıları Xocalı rayonu ərazisində atəşkəs rejiminin pozulması faktını qeydə alıblar.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin yaydığı məlumatda deyilir.
"Əsgəran rayonu (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilmişdir) ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. İtki yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə faktla bağlı araşdırma aparır", - məlumatda deyilir.