Paytaxt sakinləri 6 ayda nə qədər xərcləyib?


2023-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,0 faiz artaraq 15080,3 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə  Bakı Statistika İdarəsi məlumat verib. Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsullarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9079,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz artaraq 6000,6 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

DİGƏR XƏBƏRLƏR

Top