Son günlər Lənkəranda dənizdə batanların sayı sosial şəbəkələrdə müzakirə olunur. Son üç gündə mediada yayılan xəbərlərə görə, Lənkəran çimərliklərində 9 nəfər batıb, bir nəfərin boynu sınıb. Batanlardan 7 nəfər həyatını itirib.
Yeniavaz.com son üç gündə Lənkəran çimərliklərində batanlarla bağlı məlumatları təqdim edir:
7 avqust – Biləsuvar rayon sakini, 1968-ci il təvəllüdlü Yusif Zamanov Lənkəranda dənizdə çimərkən boynunu sındırıb.
7 avqust – Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz ərazidə 3 nəfərin batıb. Onlardan ikisi xilas edilib, biri həyatını itirib.
7 avqust – Lənkəran Şəhəri yaxınlığında dənizdə batan bir nəfər vəfat edib.
8 avqust – Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə batan daha 2 nəfərin meyiti çıxarılıb.
9 avqust – Lənkəranda dənizdə iki nəfər boğularaq ölüb.
9 avqust – Lənkəranda dənizdə bir nəfər boğularaq ölüb.