Türkiyənin Kocaeli vilayətində şiddətli partlayış meydana gəlib.
Yeniavaz.com xəbər verir ki, hadisə Derince rayonunda torpaq məhsulları ofisinin (TMO) siloslarının yerləşdiyi limanda baş verib.
Əraziyə xeyli sayda xilasetmə və yanğınsöndürən qruplar göndərilib. Partlayış nəticəsində 4 nəfərin yaralandığı bildirilir.
Partlayışın səbəbi hələ ki, bəlli deyil.