Azəri-Çıraq-Günəşli(AÇG) və Şahdəniz yataqlarından bu il ərzində əldə olunan gəlirlər açıqlanıb.
Bu barədə Yeniavaz.com-a Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verilib.
Bildirilib ki, 1 avqust 2023-cü il tarixinə AÇG yatağından 4 milyard 158 milyon ABŞ dolları, Şahdəniz yatağından isə 1 milyard 141 milyon ABŞ dolları dəyərində gəlir əldə olunub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından isə 259 milyon 553 min ABŞ dolları gəlir əldə edilib.