Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun sonunda baş tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat verib.
Məlumata görə, Rusiya lideri ilə türkiyəli həmkarı arasında keçiriləcək danışıqların gündəliyinə “Taxıl sazişi”nin bərpası, ikitərəfli əlaqələr, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, eləcə də, Türkiyə və Suriya arasında münasibətlərin normallaşdırılması məsələləri daxil olacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da avqustun 4-də jurnalistlərə Putinin Türkiyəyə səfəri barədə danışıb. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.
"Hazırda XİN və əlaqədar qurumlar bu məsələ üzərində işləyirlər. Ümid edirəm ki, onların işləri nəticəsində səfər avqust ayında baş tutacaq", - Ərdoğan bildirib.