Moskvaya PUA hücumu olub


Rusiya Federasiyasının silahlı qüvvələri Kiyevin pilotsuz uçan aparatla Moskva vilayətində obyektlərə hücum etmək cəhdinin qarşısını alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, pilotsuz təyyarə Podolsk vilayəti ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
"Bu gün saat 11:27-də(Bakı vaxtı ilə 12:27) Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə Moskva vilayətində obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - nazirlikdən bildirilib.
Qeyd olunub ki, insan tələfatı və dağıntı olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top