ABŞ-ın Kaliforniya, Texas, Konnektikut, Rod-Aylend, Pensilvaniya ştatlarında xəstəxanalara edilən kiberhücum nəticəsində səhiyyə xidmətləri dayandırılıb.
Yeniavaz.com "TRT Haber"-ə istinadən xəbər verir ki, xəstəxanalardakı kompüter sistemlərinə edilən kiberhücum bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının istiqamtlərini dəyişməsinə səbəb olub. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan səhiyyə xidmətlərindən məhrum qalıb və bir çox xəstə müalicə üçün başqa xəstəxanalara göndərilib.
Kiberhücuma məruz qalan “Prospect Medical Holding” sağlamlıq mərkəzinin verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb: “Kiberhücum barədə məlumat aldıqdan sonra biz sistemlərimizi mühafizə məqsədilə oflayn vəziyyətə gətirdik və kibertəhlükəsizlik üzrə mütəxəssislərin köməyi ilə araşdırmalara başladıq. Araşdırmalarımızı davam etditməklə yanaşı biz mümkün qədər qısa bir vaxtda normal fəaliyyətə qayıtmaq üçün səylə çalışır və diqqətimizi xəstələrimizin təcili ehtiyaclarını qarşılamağa yönəldirik”.