Göyərtinin faydaları


Göyərtinin bir çox xəstəliyə faydalı olduğunu çoxumuz bilirik. Amma hansı göyərtinin hansı narahatlığa müsbət təsirindən xəbərsizik.
Yeniavaz.com
həkim-fitoterapevt Fizuli Hüseynovun göyərtilərin faydaları haqqındakı məlumatını təqdim edir:
- Əgər dilinizin üstündə ərp varsa, sarımsaq yeyin.
- Əgər təzyiqiniz varsa, tərxun və sarımsaq yeyin.
- Əgər zobunuz və köpünüz varsa, şüyüd yeyin.
- Əgər yeməkdən dərhal sonra mədəniz şişirsə, yeməyinizi keşnişlə yeyin. Keşniş həm də əsəbləri sakitləşdirir.
- Ağzınızdan iy gəlirsə, yeməyinizi bol cəfəri ilə yeyin. Cəfəri həm də qanı qatılaşdırır, tərkibində K vitamini vardır ki, qanaxmaya meyilliyi insanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalıdır.
- Əgər böyrək və öd daşından əziyyət çəkirsinizsə, kərəvizdən istifadə edin. Kərəviz həm də şiş xəstəliklərinin müalicəsində çox faydalıdır. Belə ki müalicə məqsədlə şirəsindən gündə 1 stəkan içə bilərsiniz.
- Soğan yeyəndən sonra ağızdan bir müddət soğan iyi gəlsə də soğan ağız qoxusunu azaldır.
Göyərtinin rəngindəki yaşıl rəng tərkibində oksigen daşıyan xlorofil hüceyrələri ilə zəngindir. Özündə oksigen daşıyan xlorofillər qan damarlardan tutmuş kapilyarlara qədər dövr edərək toxumaları oksigenlə təmin edirlər. Göyərtilər həm də probiotik mənbəyidirlər.
Qeyd edək ki, ölkəmizdə fəsildən asılı olmayaraq göyərtinin bir dəstəsinin orta qiyməti 20 qəpikdir.

DİGƏR XƏBƏRLƏR

Top