“Neftçi” – “Beşiktaş” oyununun hakimləri müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçını isveçrəli hakimlər idarə edəcəklər.
Avqustun 10-da Bakıda baş tutacaq qarşılaşmanın baş hakimi Lukas Fandrix olacaq. Ona Yonas Erni və Qilyom Mayre kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, matç “Bakcell Arena”da keçiriləcək.