Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı


Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin Tvitter səhifəsində paylaşım edilib.
 “Gürcüstanın Şovi və Raça bölgəsində baş verən güclü sürüşmə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı veririk. Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top