![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/4/1/0385bda0-b737-4006-9713-15d030c13cd1/besiktas.jpg)
UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində doğma meydanda “Zeljeznicar”ı 2:0 hesabı ilə məğlub edən “Neftçi”nin 3-cü təsnifat mərhələsindəki rəqibi Türkiyə klubu “Beşiktaş” olub.
Yeniavaz.com xəbər verir ki, “Beşiktaş” isə 2-ci təsnifat mərhələsində Albaniyanın “KF Tirana” komandasını hər iki qarşılaşmada məğlub edib və mübarizədən kənarlaşdırıb.
“Beşiktaş”la “Neftçi” arasında ilk matç avqustun 10-da İstanbulda, cavab matçı isə avqustun 17-də Bakıda baş tutacaq.