Tramp hakim qarşısına çıxarılıb


ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə dəyişmək cəhdi ilə bağlı Vaşinqtonda federal məhkəmədə hakim qarşısına çıxıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Tramp ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
Yerli vaxtla saat 15:30 radələrində(Bakı vaxtı ilə 23:30) məhkəmə binasına gələn Trampın əvvəlcə barmaq izləri götürülüb. Daha sonra hakim qarşısına çıxan Tramp ona qarşı irəli sürülən dörd ittihamın hamısını rədd edib.
Zalda Trampa qarşı aparılan araşdırmalar üzrə xüsusi səlahiyyətli ekspert təyin edilmiş keçmiş baş prokuror Cek Smit də olub.
Məhkəmə zalına az sayda jurnalist buraxılıb, kamera, mobil telefon və kompüter kimi səs yaza bilən vasitələrə icazə verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top