Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də keçirilən iclasında qərar qəbul olunub.
Qərarla Türkiyə Silahlı Qüvvələrinin 31-ci Baş Qərargah rəisi ordu generalı Metin Gürak olub.
Metin Gürak 1981-ci ildə Quru Qoşunları Hərbi Məktəbini, 1982-ci ildə Artilleriya Məktəbini bitirib.
1985-ci ildə Ordu Aviasiya Məktəbini bitirərək pilot ixtisasına yiyələnən Gürak 1990-cı ildə Türkiyə Hərbi Akademiyasını, 1996-cı ildə isə Silahlı Qüvvələr Akademiyasını bitirib.
Müxtəlif bölük və qərargahlarda xidmət etdikdən sonra Gürak 2006-cı ildə briqada generalı, 2010-cu ildə general-mayor, 2015-ci ildə isə general-leytenant rütbələrinə yüksəlib.
2017-ci ilin avqust ayından Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisi vəzifəsini icra edib.
Zerrin Gürakla evli olan general Gürakın iki övladı və bir nəvəsi var.
O ingilis və ərəb dillərində sərbəst danışa bilir.