Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu saxlanıldı


Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, dələduzluğ nəticəsində dövlətə 966 milyon dram (2,5 milyon ABŞ dolları) məbləğində ziyan vurulub.
İş materiallarına görə, 2012-ci ildə üç şübhəli şəxs (Smbatyanlar və A.P adlı şəxs) çoxfunksiyalı "Kitab aləmi" kompleksinin tikintisi üçün 800 milyon dram (2 milyon ABŞ dolları) dəyərində saxta investisiya proqramını hökumətə təqdim edərək, Çaykovski adına musiqi məktəbinə məxsus 300 kv.m torpaq sahəsini dələduzluq yolu ilə əldə ediblər.
Prokurorun qərarı ilə Armen Smbatyan xüsusilə külli miqdarda dələduzluq təşkil etməkdə, Sergey Smbatyan və A.P isə xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar.

DİGƏR XƏBƏRLƏR

Top