“Avstraliya ordusuna məxsus MRH-90 helikopteri Hamilton adasının (Keyrnsdən 620 km cənubda yerləşir) yaxınlığında qəzaya uğrayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marles jurnalistlərə açıqlamasında bildirib.
“Təyyarədə dörd ekipaj üzvü olub və qəzadan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlamaq mümkün olsa da, onlar hələ də tapılmayıb. Biz axtarışlarımızı davam etdiririk və xilasetmə qruplarının səylərinə böyük ümidlər bəsləyirik”, - deyə Marles qeyd edib.
Bundan əvvəl Avstraliyanın “9News” telekanalı qitənin şimal-şərqində “Talisman Saber” təlimləri zamanı qəzaya uğrayan hərbi helikopterin ekipaj üzvlərinin həlak olması barədə məlumat yayıb.