SOCAR-a vitse-prezident təyin olunanlar kimlərdir? - Dosye


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə (SOCAR) 7 yeni vitse-prezident təyin edib.
Yeniavaz.com bəzilərinin dosyesini təqdim edir:
Əfqan Elçin oğlu İsayev
2009-cu ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru vəzifəsinə təyin olunub.
"Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru olub.

Arzu Sahib qızı Cavadova
A.Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını "Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub.
O, 2013-cü ildə ölkə prezidentinin sərəncamına əsasən, "Tərəqqi” medalı ilə təltif olunub.
A.Cavadova Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir, geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.
O, 17 yanvar 2022-ci ildən bu günə qədər SOCAR-ın Baş geoloqu vəzifəsində çalışıb.

İsmayıl Fikrət oğlu Zərgərli
"Dr. Shirin O. Entezari & Associates" və "Ledingham Chalmer" şirkətlərinin Baki ofisində hüquqşünas vəzifəsində calışıb. Fəaliyyət sahəsi daşınmaz əmlak, enerqetika, telekommunikasiya şirkətləri və əmək qanunvericiliyini əhatə edir.
Beynəlxalq hüquq üzrə ali təhsilə malikdir.
Azərbaycan, İngilis və Rus dillərini bilir.

Anar Fərruh oğlu Məmmədov
1971-ci ildə Bakı şəhərində anadan olub.
2009-2014-cü illərdə "SOCAR Georgia Gaz" şirkətinin baş direktoru olub.
Həmçinin, "SOCAR Enegy Greece" şirkətinin Baş direktoru vəzifəsində çalışıb.
A.Məmmədov "SOCAR Georgia Gas Ltd", "Arxiel Carbonexis Ltd", şirkətlərində baş icraçı direktor, "Millio International Ltd" şirkətində isə regional direktor vəzifəsində çalışıb.

Ziba Tacəddin qızı Mustafayeva
"Azercell"in İnsan Qaynaqları Departamentinin direktoru vəzifəsində çalışıb.
Təyinatdan öncə SOCAR prezidentinin məsləhətçisi kimi fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Top