Sosial şəbəkələrdə azyaşlı uşaqların evdə tək və köməksiz qalması barədə yayılmış görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Yeniavaz.com-a bildirib ki, Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin ünvan müəyyən edilib:
“Aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə ailəyə baxış keçirilib və onlar İcra Hakimiyyəti orqanına dəvət olunublar. Bundan sonra ailənin yaşam şəraitinə qiymət verilərək yaxşılaşdırılması üçün müvafiq qərar qəbul olunacaq”.