Erməni hərbçi naməlum şəraitdə ölümcül güllə yarası alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"İyulun 26-da saat 16:30 radələrində hələlik dəqiqləşdirilməmiş şəraitdə "N" saylı hərbi hissənin hərbi qulluqçusu Murad Serezhaeviç Qriqoryan güllə yarası alıb", - məlumatda deyilir.
Qeyd olunur ki, hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.