KİV: Ermənistana Hindistanın hərbi texnikası daşınır – Video


Nurduz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kortejinin hərəkəti qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Caliber” görüntülər yayıb.
Bildirilib ki, daşınan yükün içindəkiləri gizlətmək üçün üzərinə kölgəlik qoyulur.
“Lakin İrandan Ermənistana daşınan yükün hərbi məqsəd daşıdığı aydındır. Əldə etdiyimiz məlumata görə, yük İranın Bəndər Abbas limanına çatdırılıb. Silah göndərən tərəf Ermənistanın son vaxtlar hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır. Əlimizdə olan videogörüntülərə görə, Hindistan faktiki olaraq Ermənistana silah və hərbi texnika göndərməyə başlayıb. Baxmayaraq ki, Bakı Nyu-Dehlini bütün kanallarla Ermənistan ordusunun yenidən silahlanmasının və Ermənistanın hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyasının yaradılmasının yolverilməzliyi barədə xəbərdar edib”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top