Afrika ölkəsi Nigerdə prezident qvardiyasından bəzi əsgərlər paytaxt Niameydəki Prezident Sarayını mühasirəyə alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, hərbi maşınlar Prezident Sarayının girişini bağlayıb.
Təhlükəsizlik mənbələri sarayın yanındakı nazirliklərə girişin də bağlandığını qeyd edirlər.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, saray daxilindəki işçilərin ofislərə çıxışı yoxdur. Prezident Məhəmməd Bazumun hazırda sarayda olub-olmadığı da bəlli deyil.