Moskvada keçirilən üçtərəfli görüşü başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
***18:05
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, XİN rəhbərləri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasını, eləcə də digər məsələlərin həlli üçün mümkün variantları müzakirə edəcəklər.