Çinə yeni xarici işlər naziri təyin edildi


Çində xarici işlər naziri postuna yeni təyinat olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin qəbul edilən qərarları təsdiq edən Fərman imzalayıb.
Fərmanla bu vəzifəyə Çin Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının direktoru Van İ təyin edilib.
Qeyd edək ki, daha əvvəl bir müddət ictimaiyyət qarşısına çıxmadığı üçün səhhəti maraq doğuran xarici işlər naziri Tsin Qan vəzifəsindən azad edilib. Çin Xarici İşlər Nazirliyi keçmiş nazirin durumu ilə bağlı heç bir açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

Top