Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın rəsmi saytında məlumat paylaşılıb.
“2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb
Kamran Quliyevə gələcək fəaliyyətində uğurlar diləyirik”, - məlumatda deyilir.